Polis borcu olan 109 nəfəri saxlayıb

Yanvarın 30-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 138, o cümlədən borclu şəxs kimi axtarılan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Əvvəlki məqalə

Yaponiya hökümətində xidməti avtomobil qalmaqalı

Sonrakı məqalə

BVF qlobal iqtisadi artım proqnozunu yaxşılaşdırdı