Polis İlqar Məmmədovu və daha bir neçə nəfəri saxlayıb

16 Fevral 2020 - 13:36

Fevralın 16-da Mərkəzi Seçki Komissiyasının qarşısına təyin edilən aksiya əvvəl saxlananlar var.

Azpost.info Amerikanın Səsi radiosuna istinadən bildirir ki, mitinq təşkilatçılarından REAL sədri İlqar Məmmədov , D 18 Hərəkatının rəhbəri, deputatlığa namizəd Ruslan İzzətli və Müsavat Partiyasından Əlikram Xuşudov, Bakıxan Qəribli və Bayraməli Abdullayev də saxlanıb.

İlqar Məmmədovun yaxınlarından Amerikanın Səsinə bildiriblər ki, İlqar Məmmədov evdən çıxarkən həbs ediblər.  D18 hərəkatının İdarə Heyətinin üzvü Samira Ağayeva da deyib ki, onlar Ruslan İzzətlinin Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində olduğunu eşidiblər, amma bölmədən bunu təkzib ediblər.

O, əlavə edib ki, Ruslan İzzətlinin saat 12.20 radələrində hərəkatın ofisinin yaxınlığında mülki formalı şəxslər saxlayıb. Bundan əlavə deputatlığa namizədlərdən Mehman Hüseynov və Ülvi Həsənli də avtomobillə aksiyaya gedərkən saxlanılıblar. Onlar facebooka canlı yayım edərkən canlı yayım kəsilib.

Bundan əlavə Arif Hacılı facebook səhifəsində yazıb ki, polis blokun və evin ətrafında post qurub. İlqar Məmmədov və saxlanan digər şəxslərin də hara aparıldığını hələlik Daxili İşlər Nazirliyindən öyrənmək mümükn olmayıb.

ReAL, Müsavat partiyaları, D 18 Hərəkatı və bəzi müstəqil namizədlər fevralın 16-da etiraz aksiyası keçirirəcəklərini açıqlamışdılar. Onlar bir həftə öncə, fevralın 9-da gerçəkləşən növbədənkənar parlament seçkilərində ciddi qanun pozuntularının baş verdiyini bildirərək elan edilən nəticələrin ləğv olunmasını tələb edirlər.