Lənkəranda Nərimanabad qəsəbəsində ovçularun ova imkan verilməməsi ilə bağlı etiraz aksiyası keçirlməsi barədə məlumat yayılıb.
Azpost.info bildirir ki, yayılan xəbərdə qəsəbənin sakinləri onlara tətbiq olunan məhdudiyyətlərdən narazılığını ifadə ediblər.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan Azpost.info-ya verilən məlumata görə, “Qızılağac” dövlət qoruğunda qanunsuz ovçuluğun qarşısı alınıb.
Məlumatda deyilir ki, polisə Qızılağac Milli Parkında qanunsuz ovçuluqla bağlı məlumat daxil olub. Polis əməkdaşları tərəfindən ərazidə ovçuluqla bağlı müəyyən olunan qayda və tələblər diqqətə çatdırılmaqla izahat işi aparılıb.
Hazırda park inzibatçılarından daxil olan müraciət üzrə ərazi üzrə polis orqanında araşdırmalar davam etdirilir.
Azpost.info