Polislər dünən ölkə üzrə 38 kiloqram narkotik tapıblar

Polis əməkdaşlarının fevralın 28-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 37,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 9,1 kiloqramdan artıq heroin, 19,8 kiloqrama yaxın marixuana, 4,9 kiloqramdan çox həşiş qətranı, 4 kiloqrama yaxın metamfetamin, həmçinin 2800 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Sədərək Gömrük Postunun rəisi vəzifədən çıxarıldı, yeni rəhbər təyin olundu