Polşa Belarusla sərhəddə hərbi qulluqçularının sayını 3 dəfə artıracaq

Polşa Belarusla sərhəddə hərbi qulluqçularının sayını təxminən 3 dəfə artıracaq.

Azpost.info xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.

“Avqustun 1-dən yeni missiya işə salınacaq. İki əməliyyat başa çatacaq. Onlardan biri təlim, digəri isə sərhəd mühafizəsi ilə bağlıdır. 17 minə qədər hərbçi iştirak edəcək”, – məlumatda deyilir.

Nazirlik qeyd edib ki, hazırda Belarusla sərhəddə 6 minə yaxın hərbi qulluqçu var.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.