“Bir neçə ildən sonra Polşa nüvə silahına sahib olacaq”.
Azpost.info xəbər verir ki, bu barədə polşalı general Yaroslav Kraşevski bildirib.
O, hadisələrin bu cür inkişafını tamamilə real hesab edir: “Bu ssenari realdır. Mən belə bir arsenalın mövcudluğunu növbəti bir neçə il üçün çağırış hesab edirəm”.
Kraşevski deyib ki, Polşa NATO-nun Nüvə mübadiləsi proqramının bir hissəsi kimi nüvə silahı əldə edə bilər.
Bu tip silahların saxlanmasının baha başa gəlməsi ilə bağlı sualı cavablandıran general “təhlükəsizliyin qiymətsiz olduğunu” deyib.
Azpost.info