Polşa XİN rəhbəri ABŞ-a gedir- Ukraynaya kömək üçün

Polşa xarici işlər naziri Radoslav Sikorski amerikalı qanunvericiləri Ukraynaya vəsait ayırmağa razı salmaq üçün yaxın vaxtlarda ABŞ-a gedəcək.

Azpost.info xəbər verir ki, bu barədə nazir özü bildirib.

O, Avropa İttifaqının Macarıstan Baş naziri Viktor Orbanın Kiyevə 50 milyard avro ayrılması ilə bağlı vetosunu dəf edə bilməsindən sonra uğura ümid edir.

“Viktor Orban vetonu ləğv etdi və Aİ yekdilliklə Ukrayna dövlətinin fəaliyyətini saxlamaq və infrastrukturu bərpa etmək üçün 50 milyard avro ayırdı. Belə çıxır ki, inanmayanlarla danışmağa dəyər. Ona görə də mən hələ də inanmayanları inandırmaq üçün Vaşinqtona uçuram”, – Sikorski deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.