İşdən çıxarılan aparıcı nazirliyə dəvət olundu –"TV yanlış qərar verdiyini anlayır"

“Biz  telekanalda ştatda olan işçisiyik. Verilən açıqlamada isə bizi kənar müəllif” adlandırıblar. Məsələ sadədir. Videomüraciət yayımlandı. Sabahı isə işdən dərhal verilişin bağlandığı deyildi. Amma indi özləri də narahat olublar. Çünki ölkə rəhbərinin bu videomüraciətə müsbət cavab verəcəyi ilə bağlı xəbərlər dolaşır”.

Azpost.info bildirir ki, bu sözləri bir neçə gün əvvəl Prezident İlham Əliyevə dublyaj sahəsində mövcud problemlərlə bağlı müraciət edən aktyor, aparıcı, Kamal Yaşar bildirib.

O bildirib ki, bu gün AZTV-nin kadrlar şöbəsinə əmək müqaviləsinin xitam verilməsi ilə bağlı müraciət etsə də bunu etməyiblər: “Mən hazırda şöbəsindən gəlirəm. Dedim ki, gətirin qol çəkim xitam müqaviləsinə. Dedilər yox, gözləyin, bir şey var onu araşdıraq. Yəni TV-nin bu absurd qərarı tələsik və mənasızcasına verilib”.

K.Yaşar bildirib ki, sabah Mədəniyyət Nazirliyi onu görüşə dəvət edib. “Ona görə tv də etdiyinin yanlış və tələsik qərar olduğunu anlayır”. 

Aparcı bildirib ki, AZTV sədrinin iddia etdiyi kimi deyil: “Biz bu ayın verilişlərini çəkmişik. Hətta Xocalı faciəsinin ildönümü ilə bağlı kanalın tələb etdiyi verilişi də çəkmişik, ayın 25-i efirə getməli idi”.

O, daha sonra AZTV-nin əməkdaşı olmasını təsdiq edən vəsiqənin fotosunu paylaşıb.

Əvvəlki məqalə

Əməkdar artist Ağalar Bayramov xəstəxanadan evə buraxılıb

Sonrakı məqalə

“Putin bəzən gecəyarısı mənə zəng edir”