Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Fərid Mirmufid oğlu Seyidov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.

Fərid Seyidov indiyədək sözügedən şöbədə müdir müavini vəzifəsini icra edib.

Bu ilin yanvarın 11-də Fərid Mirmufid oğlu Seyidov Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsi müdirinin müavini təyin edilib. O, həmin gündən şöbənin sədrinin də vəzifələrini icra edib.

Həmin vəzifəni ötən ilin dekabr ayına kimi Məhərrəm Əliyev tutub. O, 2023-cü ilin dekabrın 9-da vəzifəsindən azad edilərək Belarusda fövqəladə və səlahiyyətli səfir təyin olunub.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.