Prezident Blinkenə Ermənistanın sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurduğunu bildirib

“Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistan tərəfindən Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir”.

Bunu ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bildirib.

Azərbaycan Prezidenti Ermənistanın bu kimi siyasətinin sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurduğunu bildirib.

Əvvəlki məqalə

“Azərbaycan suveren ərazisində boz zonanın olmasına imkan verə bilməz”

Sonrakı məqalə

Dövlətimiz tərəfindən separatizmin bütün təzahürləri qəbulolunmazdır