Prezident  İlham Əliyev Gürcüstana dəvət olundu –

 Salome Zurabişvili gürcü məktəbinə görə dövlət başçısına təşəkkür etdi
17 Sentyabr 2019 - 11:30

Gürcüstan prezidenti Salome Zurabişvili azərbaycanlı həmkarı İlham Əliyevi Gürcüstana səfərə dəvət edib.

Azpost.info bildirir ki, bazar ertəsi Zurabişvili ilə Əliyev arasında telefon söhbəti baş tutub. Bu barədə Gürcüstan prezidentinin saytı məlumat verir.

“Zurabişvili Azərbaycanın Qax rayonunun Alibeqlo kəndində gürcü məktəbinin açılışına görə Əliyevə minnətdarlığını bildirib. O, həmçinin Ümümdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun rəhbəri seçkilərində Gürcüstanın namizədliyini dəstəklədiyinə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib”, – məlumatda qeyd olunur.

Öz növbəsində, İlham Əliyev Azərbaycan tərəfindən dost və strateji tərəfdaş kimi Gürcüstanın dəstəklədiyini bir daha təsdiq edib.

“Zurabişvili Azərbaycan prezidentini Gürcüstana səfərə dəvət edib”, – məlumatda vurğulanır.