Prezident İlham Əliyev Gürcüstanın Baş naziri Giorgi Qaxariyanı təbrik edib

27 Dekabr 2020 - 10:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə Giorgi Qaxariyaya təbrik məktubu göndərib.

Təbrik məktubunda deyilir: “Bu gün Azərbaycan-Gürcüstan münasibətləri tarixən möhkəm dostluq və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq dinamik və hərtərəfli inkişaf etməkdədir.

İnanıram ki, siyasi, iqtisadi və humanitar sahələrdə daim genişlənən əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına, ölkələrimiz arasındakı strateji tərəfdaşlığın möhkəmlənməsinə töhfələr verəcəkdir”.

Dövlətimizin başçısı Gürcüstanın Baş nazirinə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.