Prezident İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərinə gedib –

VİDEO
23 Noyabr 2020 - 18:05

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdama səfər edib.

Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva İnstagram hesabında paylaşım edib.

Birinci xanım Mehriban Əliyevanın paylaşdığı videoda Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlara keçdiklərini, istiqamətin Ağdam şəhəri olduğunu bildirib.