Prezident İlham Əliyev “Müstəqillik Günü haqqında” qanunu təsdiq edib

15 Oktyabr 2021 - 20:03

Prezident İlham Əliyev “Müstəqillik Günü haqqında” qanunu təsdiq edib.

Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunacaq.

Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Qeyd edək ki, indiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.