Prezident İlham Əliyev Samux rayonuna səfərə gəlib

24 İyun 2020 - 21:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Samux rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Samux şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samux rayonunun ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yaşayış məhəlləsinin tikintisi ilə tanış olub.

Dövlətimizin başçısına görülən işlər barədə məlumat verilib.

İyunun 24-də Samux rayonunun Qaraağaclı kəndində “Aqro Dairy” MMC-nin aqroparkının təqdimatı olub, buğda biçininə və qarğıdalı səpininə start verilib.

Sövlətimizin başçısı tədbirlərdə iştirak edib.