Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında Sərəncam imzalayıb.
Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasını müəyyən etsin.
Nazirlər Kabinetinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görmək, maliyyə təminatı Ədliyyə Nazirliyi vasitəsilə həyata keçirilən məhkəmə aparatları işçilərinin ümumi sayının artırılmasını təmin etmək və Sərəncamdan irəli gələn digər məsələlərin həlli tapşırılıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.