Prezident İlham Əliyev Xudafərinə qədər avtomobili özü sürdü –

VİDEO
16 Noyabr 2020 - 22:56

Məlum olduğu kimi, Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.

Prezident azad edilmiş Azərbaycan torpaqlarında avtomobili özü idarə edirb. Bu barədə videokadrları Birinci Vitse-prezident Mehriban Əliyeva instigram səhifəsində paylaşıb. Xudafərinə doğru gedən maşını idarə edən Prezident yol boyu dağılmış kəndləri göstərib. Daha sonra dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Xudafərinə baxıblar.