Prezident İlham Əliyev Qubadlının azad edilməsində fərqlənmiş hərbi birlik komandirlərini təbrik etdi

Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib.

Azpost.info bildirir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlətimizin başçısı onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzulayıb. Tapşırıb ki, onun təbriklərini və təşəkkürlərini bütün şəxsi heyətə çatdırsınlar.

Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Yaşar Həsənov 2016-cı ildə Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə “İgidliyə görə” medalı ilə təltif edilib.

Yaşar Həsənov 1994-cü ildə, baş leytenant qismində Azərbaycan Respublikasının III Prezidenti Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalına layiq görülüb.

2014-cü ildə polkovnik Yaşar Həsənov İlham Əliyevin sərəncamı ilə “Vətənə xidmətə görə” III dərəcəli ordeninə layiq görülüb.

2016-cı ildə isə polkovnik Yaşar Həsənov Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, yenə İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalına təltif edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycan xalqı bu haqsızlığı unutmayacaq” –

Sonrakı məqalə

Ermənistan Tərtəri toplardan atəşə tutub –