Prezident Maduro ABŞ-a müharibə elan etmək istəyir –"Puerto - Rikonu azad edəcəyik"

Venesuela prezidenti Maduro Puerto-Riko adasını ABŞ işğalından azad etməyi planlaşdırdığını bəyan edib.

Azpost bildirir ki, o bu barədə üçüncü inauqurasiya mərasimindən sonra bildirib.

Nikolas Maduro “Puerto-Rikonu Amerikanın təsirindən azad etmək” niyyətini açıqlayıb: “Puerto Rikonun azadlığı çox yaxındadır”.

Ukrayna və Aİ əvvəllər Maduronun yeni prezidentlik müddətinin legitimliyini tanımayıb. ABŞ onun həbsinə səbəb olacaq məlumatlara görə mükafatı 25 milyon dollara qədər artırıb.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.