Fransa prezidenti Emmanuel Makron növbədənkənar parlament seçkilərinin nəticəsindən asılı olmayaraq istefa verməyəcəyini deyib.
Azpost.info bildirir ki, prezident bunu “Le Figaro” qəzetinı müsahibəsində deyib.
Qeyd edək ki, ifrat sağçı Milli Birlik partiyası Avropa parlamentinə seçkilərdə Makronun partiyasını iki dəfə üstələyib.
Jurnalistlər Makrona Mari Le Penin partiyasının növbədənkənar parlament seçkilərində qalib gələcəyi təqdirdə onun istefasını tələb etməsi riski ilə bağlı sual veriliblər.
“Milli Birlik konstitusiya yazmır və bu onun ruhunda deyil. Seçkinin nəticəsi nə olursa olsun, prezidentin və qanunvericilik institutlarının yeri müəyyən edilib.. Mənim üçün bu toxunulmazdır”, – Makron bildirib.
Daha əvvəl “Europe 1” radiostansiyası prezidentin ətrafına istinadən xəbər vermişdi ki, Fransa lideri öz ətrafı ilə Milli Assambleyaya (Fransa parlamentinin aşağı palatası) seçkilərin təyin edilməsi fonunda onun istefası imkanlarını müzakirə edir.