Prezident Makron yaxın ətrafı ilə istefasını müzakirə edir

Avropa Parlamentinə seçkilərdə rəhbərlik etdiyi İntibah Partiyasının məğlubiyyətindən sonra Makron öz çevrəsi ilə istefasının mümkünlüyünü müzakirə etməyə başlayıb.

Azpost.info bildirir ki, bu barədə “Europe 1” radiosu mötəbər mənbəyə istinadən məlumat yayıb.

“Prezidentin istefası tabu deyil. Bəli, bu gün biz bütün ssenariləri nəzərdən keçirməliyik”, – radio  Makronun yaxın adamlarından birindən sitat verib. Onun sözlərinə görə, Fransa lideri beş illik səlahiyyət müddətinin sonunu qurban verməyə hazırdır.

Eyni zamanda, “Europe 1”in qeyd etdiyi kimi, belə bir addım “ekstremal tədbirlər ssenarisi” adlanır və prezident üçün üstünlük verilən variant deyil. Hadisələrin digər mümkün inkişafı Fransada parlament seçkilərində qalib gələcəyi təqdirdə sağçı Milli Birlik partiyası ilə hakimiyyəti bölüşməkdir.

Xatırladaq ki, Makron iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə tərəfdarlarının məğlubiyyətindən sonra Milli Assambleyanı buraxıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.