Prezident Milli Məclisin deputatını ordenlə təltif etdi

Hicran Kamran qızı Hüseynova 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə ordenlə təltif edilib.

Milli Məclisin deputatı Hicran Hüseynovanın sabah 70 yaşı tamam olur.

Hicran Kamran qızı Hüseynova 13 avqust 1955-ci ildə Bakı şəhərində  anadan olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. (2006–2020) Azərbaycan Milli Məclisinin deputatıdır.

Hicran Hüseynova ailəlidir, 2 övladı var. Onun atası — Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olan Kamran Hüseynovdur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.