Prezident Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə rəis təyin edib

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə general-mayor Müşfiq Məmmədov Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsinə təyin olunub.

Bu barədə Müdafiə Nazirliyindən bildiririb.

Qeyd edək ki, Müşfiq Məmmədov daha əvvəl Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi vəzifəsində çalışıb.

Müşfiq Məmmədov Hərbi Akademiyanın məzunudur.

Əslən Laçın rayonundan olan M.Məmmədov həm də Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edib.

O, 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.