Prezident qəza ilə bağlı nazirləri Qazaxıstana göndərdi

Baş vermiş hadisəni araşdırmaq üçün Prezident İlham Əliyevin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər.

AzPost xəbər verir ki, İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.

Əvvəlki məqalə

Qəzaya uğrayan təyyarədə 4 ölkənin vətəndaşları olub

Sonrakı məqalə

Tokayev təyyarə qəzası ilə bağlı Dövlət Komissiyası yaratdı –