REAL Partiyasında növbədənkənar prezident seçkilərində iştirakla bağlı fikir ayrılığı yaranıb.
Azpost.info bildirir ki, bu barədə partiyanın sədri İlqar Məmmədov videomüraciətində bəyan edib.
Onun sözlərinə görə, partiyanın siyasi komitəsi bu gün seçkidə iştirakla bağlı məsələni müzakirə edib: “8 nəfərdən 3 nəfəri namizəd irəli sürməyin əleyhinə çıxıb. 3 nəfər isə bu seçki kampaniyasından parlament seçkilərində təbliğat üçün istifadə etməyi təklif edib. 2 nəfər isə hələ mövqeyini bildirməyib”.
İ.Məmmədov deyib ki, dekabrın 16-na qədər REAL rəhbərliyi yenidən toplaşacaq və qərarını verəcək.