Prezident Şuşa şəhərinin azad edilməsi münasibətilə general-leytenant Hikmət Mirzəyevi təbrik etdi

08 Noyabr 2020 - 14:24

Ali Baş Komandan Prezident İlham Əliyev general-leytenant Hikmət Mirzəyevə zəng edib.

Bu barədə Prezident İlham Əliyev bu barədə “Twitter” hesabında bildirib

Ali Baş Komandan Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Hikmət Mirzəyevi təbrik edib.

Dövlətimizin başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, silahlı Qüvvələrimizin bütün şəxsi heyətini təbriklərini çatdırıb.

General-leytenant Hikmət Mirzəyev şəxsi heyət adından Ali Baş Komandana dərin təşəkkürünü ifadə edib.

O, Ali Baş Komandanın əmrlərinin yerinə yetirmək və etimadını doğrultmaq üçün şəxsi heyətin hər zaman hazır olduğunu məruzə edib.