Prezident İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı olub - RƏSMİ
Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Azpost.info bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Azərbaycan Respublikası Prezidentinin, Rusiya Federasiyası Prezidentinin və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə Bəyanatının bəndlərinin yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib, davamlı atəşkəs rejimindən, Rusiya sülhməramlı missiyasının rəhbərliyi ilə Azərbaycanın müvafiq strukturlarının rəhbərliyi arasında sıx əlaqələrin yaradılmasından məmnunluq bildirilib.
Dövlət başçıları, həmçinin azərbaycanlı və erməni əhaliyə humanitar yardım göstərilməsi məsələlərini müzakirə ediblər. Söhbətin gedişində 10 noyabr tarixli birgə Bəyanatın bəndlərinə müvafiq olaraq nəqliyyat infrastrukturunun inşası və nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə edilib. Regionda uzunmüddətli sülhün təmin ediləcəyinə əminlik bildirilib.
Əlaqəli xəbərlər
-
Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronda yaradılıb – Regionlarda niyə iş yoxdur? / TƏHLİL
-
Bakıda ev almaq, yoxsa kirayədə qalmaq sərfəlidir? – 6 rayonun qiymətlərini müqayisə etdik / ANALİZ
-
Azərbaycanda ən çox bu ərzaqlar bahalaşıb – qiymətlərdəki artımın detalları
-
Giləzi-Quşçuluq" MMC-nin rəhbərliyi həbs edilib - RƏSMİ AÇIQLAMA
Növbəti xəbər yüklənir...