Prezidentin mətbuat katibi 35 il sonra əsgər yoldaşını tapdı –FOTO

Azərbaycan Prezidentinin mətbuat katibi 35 il sonra əsgər yoldaşını Özbəkistanda tapıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov sosial şəbəkə hesabında dostların illər sonra görüşünü əks etdirən görüntüləri paylaşıb.

“Bu videoda gördüyünüz Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov və Özbəkistanın Xarəzm vilayətindən olan Uluqbek Matniyozovdur. Qardaşlar kimi bir-birlərini qucaqladılar, yaşadıqlarını, xidmət xatirələrini, həyatlarını, işlərini xatırladılar. Çox səmimi, gözyaşardıcı görüş oldu. Bu hadisə bu gün Xivədə, Özbəkistan və Azərbaycan prezidentlərinin şəhərə səfəri zamanı baş verib. Bu görüş özbək və Azərbaycan xalqları arasında dostluğun dərin köklərinə, talelərimizin necə bir-birinə bağlı olduğuna daha bir nümunədir. Sevinirik ki, azərbaycanlı həmkarımın özbək dostu ilə görüşmək arzusunu həyata keçirə bildik və onun ad günündə bu görüşü təşkil edə bildik. Dostluğumuz əbədidir”, – deyə S.Abbasov qeyd edib.

Əvvəlki məqalə

Dolların sabaha olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Azərbaycan prezidenti Xivədə “Nurullaboy” saray kompleksi ilə tanış olub –