“Prezidentlə uğurlu görüşümüz oldu, mühüm razılaşmalar əldə olundu”-İran XİN başçısı Bakıda danışdı

“Prezident İlham Əliyevlə çox uğurlu görüşümüz oldu. İki ölkə arasında çox mühüm və əhmiyyətli razılaşmalar əldə olundu”. 

Azpost.info bildirir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Bakıda Ceyhun Bayramovla keçirdiyi görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O, Azərbaycan dövlətini və xalqını torpaqları işğaldan azad etməsi münasibəti ilə bir daha təbrik edib: “İran Azərbaycanı ən yaxın dostlarından hesab edir. Prezident Rəisinin siyasətinin prioritetlərində Azərbaycanın xüsusi yeri var”.

İranın XİN rəhbəri deyib ki, region ölkələri öz problemlərini özləri həll edə bilər və kənar dövlətlərin köməyinə ehtiyac yoxdur. “Region ölkələrinin problemləri həll etmək üçün kifayət qədər iradələri var”. 

“Biz iqtisadi əməkdaşlığı daha da inkişaf etdirmək barədə razılığa gəldik. Qarabağın azad olunmuş ərazilərində yenidənqurma layihələrində iştirak etmək barədə müzakirə apardıq.  Tranzit-nəqliyyat məsələsi çox önəmlidir. Habelə hərbi və siyasi sahədə əməkdaşlığımızı davam etdirəcəyik. İki ölkə arasında birgə layihələrin həyata keçirilməsinə kömək məqsədi ilə XİN müavinləri səviyyəsində daimi məsləhətləşmələrin aparılması barədə razılıq eldə olundu”-deyə Hüseyn Əmir Abdullahian vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İran şirkətlərindən biri yaxın vaxtda Qarabağda bərpa layihəsinə başlayacaq” –

Sonrakı məqalə

“Media haqqında” Qanun layihəsi müzakirə olunub –