Prokuror Kəlbəcərdə saxlanılan erməni diversanta 18 il cəza istəyib

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Daha sonra dövlət ittihamçısı Müşfiq Rəhimov çıxış edərək verilən ittihamların məhkəmə istintaqında öz təsdiqini tapdığını qeyd edib.

Prokuror Voskanyan Qaqik Aşotoviçin 18 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Qeyd olunub ki, o, cəzasının 5 ilini qapalı, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasını çəkib başa çatandan sonra Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılmalıdır(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.