Prokuror mübahisə zamanı tanışını öldürənə 20 il cəza tələb edib

Tanışını qətlə yetirməkdə ittiham olunan Şəmşad Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror Şəmsad Əhmədovun verilmiş ittihamlarla təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmə müdafiə çıxışı üçün vəkilə vaxt verib.

Qeyd edək ki, hadisə ötən ilin yanvarında Bakının Nərimanov rayonunda qeydə alınıb.

1974-cü il təvəllüdlü Şəmsad Əhmədov şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı bıçaqla tanışı, 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirərək qətlə yetirib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Əvvəlki məqalə

“Trendyol”dan sifarişlər qadağan edilə bilməz” –

Sonrakı məqalə

İcra başçısının oğlu Bakı Baş Gömrük İdarəsini məhkəməyə verib