Prokurorluq arvadını boğaraq öldürən şəxslə bağlı məlumat yayıb

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Gəncə Şəhər Prokurorluğunun yaydığı məlumata görə iyunun 11-də 2002-ci il təvəllüdlü Kərimova Münəvvər Elxan qızının Göygöl rayonunun Ağsu kəndi ərazisində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1992-ci il təvəllüdlü Mustafayev Ceyhun İsrayıl oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Münəvvər Kərimovanı boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hadisədən sonra könüllü olaraq polisə təslim olan Ceyhun Mustafayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Əvvəlki məqalə

Gəncədə iki uşaq anası olan 29 yaşlı qadın özünü asıb

Sonrakı məqalə

ABŞ tezliklə Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək