Prokuroru hamam fotoları ilə şantaj edən dəstə üzvlərinə 50 il həbs tələb olunub

Prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxslərin hər birinin ayrı-ayrılıqda verilmiş ittihamlarla təqsirli bilinməsini – Ümman Əliyevin 9 il, Elnur Eldarovun 8 il 6 ay, İlqar Əliyev və Natiq Nuriyevin 8 il, Ələkbər Nuriyevin 7 il, Sahilə Məmmədovanın 6 il azadlıqdan məhrum edilməsini istəyib.

İş üzrə təqsirləndirilən Pərvin Yusifovun isə dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq onunla bağlı cinayət işinə xitam verilməsi istənilib.

Növbəti proses fevralın 27-nə təyin olunub.

Qeyd edək ki, zərərçəkmiş Tariel Qurbanov təqsirləndirilən şəxslərə qarşı şikayətini geri götürüb.

İttihama görə, təqsirləndirilən şəxslər prokuror Tariel Qurbanovu şəkilləri ilə şantaj ediblər. Onlar şəkillərin yayılmamasına görə, Tariel Qurbanovdan pul alıblar. Onların əməlindən ziyan çəkənlərdən buri də Mirvasif Mahmudovdur.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə),178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, təqsirləndirilən Pərvin Yusifov istisna olmaqla digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Tariyel Qurbanov uzun müddət Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub. Hazırda isə Abşeron rayon prokurorunun böyük köməkçisidir.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Tariyel Qurbanov hazırda prokurorluq orqanlarının əməkdaşı deyil. Belə ki, 2023-cü il yanvarın 16-da öz arzusu ilə Tariyel Qurbanovun prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Əvvəlki məqalə

“Onun arxasında duranlar başa düşdü ki…” –

Sonrakı məqalə

Mübariz Qurbanlının prokuror qardaşı işdən çıxarılıb