“PUA-larımızla Azərbaycanda, Qarabağda varıq” –ƏRDOĞAN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Ümraniyyə rayonundakı Milli Parkın açılış mərasiminə qatılıb.

Baku TV xəbər verir ki, tədbirdə çıxış edən dövlət başçısı ölkəsinin xarici siyasətdəki uğurlarını dilə gətirib. O, Türkiyənin öz PUA-ları ilə Azərbaycanda, xüsusilə də Qarabağda mövcudluğunu diqqətə çatdırıb.

“Diplomatiyadan tutmuş hərbi sahədəki uğurlaradək bir çox sahələrdə Türkiyənin nüfuzunu, gücünü dost və düşmənlərə qəbul etdirdik. PUA-larımızla artıq hər yerdə varıq. Liviya varıq, Azərbaycanda varıq, Qarabağda varıq”, -deyə Ərdoğan bəyan edib.

O, həmçinin Suriyada terrorçularla mübarizəni davam etdirəcəklərini də bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Cudoçumuz Orxan Səfərov qızıl medal qazandı

Sonrakı məqalə

“Şuşanı azad edəcəyimizi bir neçə nəfərə demişdim” –