“Putinə Qarabağ münaqişəsini birgə çözməyi təklif etdim” –Ərdoğan Rusiya prezidenti ilə danışığını açıqladı

Türkiyə prezidenti Ərdoğan Rusiyalı həmkarı Putinə Qarabağ münaqişəsini birgə çözməyi təklif edib.

Azpost.info Ərdoğan bu barədə parlamentdə qrup toplantısı ilə görüşdə çıxışı zamanı deyib.

O, Putinlə dünənki telefon danışığının məqamlarını açıqlayıb. Ərdoğanın sözlərinə görə, Putinə münaqişənin həlli üçün birgə addım atmağı təklif edib. “Biz Putinlə Qarabağda baş verənləri müzakirə etdik. Dedik: Qafqaza gəlin, məsələni həll edin. Əgər istəyirsinizsə bir yerdə həll edək. Putinə dedim ki, Paşinyanla danışsın, mən də İlham qardaşımla danışım. Qoy XİN rəhbərlərimiz, digərləri danışsınlar. Əsas odur, bu məsələni həll edəcəyik ya yox…Gəlin buna son qoyaq”.

Ərdoğan Putinə deyib ki, Ermənistan 2000 nəfərlik PKK terroçularını Dağlıq Qarabağa gətirib: “Bizə deyirlər: Yaxın Şərqdən Azərbaycana muzdlular göndərirsiniz. Mən Putinə dedim: Hazırda 2 min PKK terrorçusu Ermənistan tərəfdən vuruşur. Bu terroçulara 600 dollar maaş müqabilində döyüşürlər. Putin mənə dedi ki, bunu bilmirdim. Mən də dedim ki, “indi bildiniz”.

Ərdoğanın sözlərinə görə, Türkiyə onun üçün mühüm olan “qırımızı cizgilərin” pozulmasına imkan verməyəcək.

Ərdoğan Azərbaycanın Qarabağda işğal altında olan torpaqların böyük qisminin azad etdiyini bəyan edib. Çox yaxın zamanda tam olaraq bütün torpaqların da zad olunacağını qeyd edib: “Biz bu mübarəzədə Azərbyacanın yanında olduğunu bir daha bəyan edirik”-deyə Ərdoğan bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycan Ermənistanla bağlı tədbir görülməsi üçün Avropa Məhkəməsinə müraciət edib” –

Sonrakı məqalə

FHN Bərdənin yenidən raket atəşinə tutulması ilə bağlı məlumat yaydı