“Sizin birbaşa iştirakınızla məsələ həll olundu”- Putin Soçidə Ərdoğana təşəkkür etdi

Rusiya prezidenti Vladimir Putin Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı ona taxılla bağlı razılaşmaların əldə olunmasına verdiyi töhfəyə görə təşəkkür edib.

Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Sizin birbaşa iştirakınız və Birləşmiş Millətlər Təşkilatı Katibliyinin vasitəçiliyi ilə Qara dəniz limanlarından Ukrayna taxılının tədarükü ilə bağlı məsələ həll olundu. Çatdırılmalar artıq başlayıb, həm buna, həm də eyni zamanda Rusiya ərzaq və gübrələrinin dünya bazarlarına fasiləsiz tədarükü ilə bağlı qərar qəbul olunduğuna görə sizə təşəkkür etmək istəyirəm”, – Putin deyib.

Azpost.info

Əvvəlki məqalə

7 ayda “Azəri-Çıraq” yatağından 5 milyard 683 milyon dollar gəlir gəlib

Sonrakı məqalə

“Səfirliyə hucum Londonun məsuliyyətini gündəmə gətirir” –