“Putin Ərdoğanı ən kritik anda xilas etdi”- “Bloomberg”

“Rusiya prezidenti Vladimir Putin Ərdoğana Türkiyə lideri üçün kritik məqamda dəstək verdi”.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Yazıda qeyd olunur ki, tərəflərin Soçidəki danışıqlarının nəticəsi olaraq Ankara Rusiya qazının pulunu qismən rublla ödəyəcək. Bununla da lirənin məzənnəsini sabitləşəcək və ölkə daxilində kəskin qiymət artımının qarşısı alınacaq. Gələn il keçiriləcək yeni prezident seçkiləri ərəfəsində belə addımlar Ərdoğan üçün son dərəcə vacibdir.

“Bloomberg” Türkiyə prezidentinin reytinqlərinin rekord eniş həddinə yaxınlaşdığına, iqtisadi vəziyyətin seçiciləri ciddi şəkildə narahat etdiyinə diqqət çəkir.

“Putinlə danışıqlar Rusiyanın dövlət nüvə enerjisi korporasiyası “Rosatom”dan Aralıq dənizi sahilində atom elektrik stansiyası tikmək üçün onun Türkiyədəki törəmə şirkəti “Akkuyu Nüvə”yə vəsait köçürməsi sayəsində Türkiyənin valyuta ehtiyatları artdıqdan qısa müddət sonra baş verdi. – yazıda vurğulanır.

Eyni zamanda, “Bloomberg” bildirir ki, Ərdoğan Qərbin sərt sanksiyalarına səbəb olan Ukraynada Rusiya hərbi xüsusi əməliyyatının davam etməsi fonunda Moskva ilə münasibətləri inkişaf etdirərək kənarda addımlayır: “Türkiyə bu vəziyyətdə neytral mövqe tutub, hərbi əməliyyatları pisləyib, lakin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyib”.

Nəşrin fikrincə, Ankara Rusiya ilə iqtisadi əlaqələri dərinləşdirməyə ümid edir və eyni zamanda ənənəvi NATO müttəfiqləri ilə tammiqyaslı qırılmaya səbəb olmaq istəmir.

Azpost.info

Əvvəlki məqalə

“Bütün rusların Qərb ölkələrinə girişinə qadağa qoyulsun!”

Sonrakı məqalə

Azərbaycan nefti bahalaşıb