Putin Aİ ilə münasibətlərin normallaşmasının nədən asılı olduğunu- AÇIQLADI

“Qərblə münasibətləri Rusiya korlamayıb. Ona görə də münasibətlərin normallaşması Avropa İttifaqının özündən asılıdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin rusiyalı və xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Qərb dövlətləri Rusiyanı arxa plana keçirməyə çalışıblar.

“Avropa İttifaqı ilə münasibətlərin normallaşmasına gəlincə, bu, təkcə bizdən asılı deyil. Biz münasibətləri korlamamışıq, bizimlə olan münasibətlər korlanmışdır və onlar maraqlarımıza etinasız yanaşaraq bizi həmişə arxa plana və ya üçüncü yerə itələməyə çalışırdılar”, – Putin deyib.

Azpost.info

Əvvəlki məqalə

“Ukraynanın əks-hücum əməliyyatı tam uğursuzluqla başa çatıb”

Sonrakı məqalə

“Odessa Rusiyanın şəhəridir”