Putin Aİ vətəndaşları üçün viza güzəştlərini ləğv etdi

Rusiya prezidenti Vladimir Putin bir sıra Avropa ölkələrinin vətəndaşları üçün viza güzəştlərini ləğv edən qanunu imzalayıb.

Azpost.info xəbər verir ki, bu barədə rəsmi hüquqi informasiya portalında dərc olunan sənəddən məlum olur.

Sənədə əsasən, söhbət Avropa İttifaqı, Danimarka, İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə vətəndaşlarından gedir. Bu ölkələrin sakinləri üçün viza rüsumları artırılır.

İndi Rusiya vizalarının qiyməti təcili və tezliyindən asılı olaraq 50 dollardan 300 dollara qədər artacaq. Eyni zamanda, onların qeydiyyatından əldə olunan müvafiq gəlir 2,8 dəfə arta bilər.

İzahat qeydində bildirilir ki, bu, Rusiyanın cavab tədbiridir. Belə ki, sözügedən dövlətlərin hakimiyyət orqanları Rusiya ilə yuxarıda qeyd olunan sazişləri birtərəfli qaydada dayandırıb, həmçinin viza rüsumlarını artırıblar.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.