Rusiya prezidenti Vladimir Putin batmış “Moskva” kreyserindəki yanğının səbəblərini müzakirə etmək üçün iclas keçirməyi planlaşdırmır.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. “Prezidentin belə görüşləri nəzərdə tutulmayıb”, – Peskov bildirib.
Qeyd edək ki, aprelin 14-də Rusiyanın Qara dəniz donanmasına məxsus “Moskva” raket kreyseri müqavimət göstərmək və tarazlığı saxlamaq qabiliyyətini itirərək batıb. Ukrayna Silahlı Qüvvələri “Moskva” kreyserini “Neptun” raketi ilə vurduğunu açıqlayıb.
Azpost.info