Putin Ermənistana səfəri üçün zəmanət istəyir– Kremldən AÇIQLAMA

“Vladimir Putin Ermənistana mümkün səfərindən əvvəl erməni tərəfdaşlarından zəmanət almalıdır. Söhbət İrəvanın BCM nizamnaməsinə qoşulmasından gedir”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, İrəvanın BCM-yə qoşulması iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərməyə bilməzdi.

“Ermənistanın bu beynəlxalq nizamnaməyə qoşulması ilə bağlı yeni reallıq əlbəttə ki, ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Təbii ki, erməni tərəfdaşlarımızdan müəyyən zəmanətlər almaq çox vacibdir”, – Peskov bildirib.

Martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. Roma Statutunu – BCM-nin nizamnaməsini qəbul etmiş ölkələr barələrində həbs qərarı verilmiş şəxsləri həbs edib məhkəməyə təhvil verməlidirlər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.