“Rusiya prezidenti Vladimir Putinin G20 sammitində çıxışı planlaşdırılıb”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya liderinin çıxışı hazırkı dünya gündəminə aid olacaq: “O, Moskvanın mövqeyini açıqlayacaq”.
Hindistanın ev sahibliyi ilə keçiriləcək G20 liderlərinin sammiti noyabrın 22-də baş tutacaq.
Azpost.info