Putin hansı mərhum siyasətçilərlə bir daha çay içmək istədiyini açıqlayıb

Rusiya prezidenti Vladimir Putin birbaşa xətt zamanı etiraf edib ki, Almaniyanın keçmiş kansleri Helmut Kol, Fransanın keçmiş prezidenti Jak Şirak və İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni kimi məşhur siyasətçilərlə yenidən bir fincan çay içmək istərdi.

Azpost.info xəbər verir ki, Putinin sözlərinə görə, o, bu dövlət məmurlarının hər biri ilə hələ sağ ikən ünsiyyətdə olub.

“1993-cü ildə ilk görüşdən sonra və kansler vəzifəsini dayandırdıqdan sonra uzun müddət ərzində Kol mənə baş çəkməyə gəlirdi. Onunla söhbət etməkdən zövq alırdım. O, dövrümüzün əsas siyasi xadimi idi, almanlar üçün çox şey etdi” – Rusiya lideri deyib.

Şiraka gəlincə, Putinin dediyinə görə, o, hər məsələ ilə bağlı öz fikri olan, dərin bilgili adam olub. Putin həmçinin Fransanın keçmiş prezidentini düzgün və cəsarətli insan kimi xarakterizə edib.

“Berluskoni isə istiqanlı və aktiv idi. O, İtaliya ilə Rusiya arasında əlaqələrin inkişafı üçün çox şey edib. İtaliya cəmiyyətində Rusiyaya müəyyən rəğbət var”, – Putin əlavə edib.

Azpost.info

 

Əvvəlki məqalə

İş adamı Aydın Dəmirçi ağacları kəsdiyinə görə üzr istədi

Sonrakı məqalə

Balıqçılıq və Akvakultura Mərkəzi yaradılıb