Putin İran prezidentini Rusiyada keçiriləcək sammitə dəvət edib

Prezident Putin İran prezidenti Məsud Pezeşkianı BRİKS-in sammitinə dəvət edib.

Azpost.info Mehr Agentliyinə istinadən bildirir ki, bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali açıqlama verib. Səfirin sözlərinə görə, Pezeşkiana BRİKS sammitində iştirak etmək üçün rəsmi dəvət alıb.

Cəlalinin sözlərinə görə, Rusiya prezidenti telefon danışığı zamanı İranlı həmkarını sammitində iştiraka dəvət edib.

BRİKS sammiti oktyabrın 22-dən 24-dək Tatarıstanın paytaxtı Kazan şəhərində keçiriləcək.

Səfiri bildirib ki, BRİKS sammiti çərçivəsində İran və Rusiya arasında hərtərəfli uzunmüddətli əməkdaşlıq sazişi imzalanması ehtimalı var. O xatırladıb ki, hüquqi prosedurdan keçmək üçün bu saziş iki ölkənin parlamentləri tərəfindən təsdiqlənməlidir.

Cəlali İranın BRİCS qrupuna üzvlüyünün diplomatik aparatın uğurlarından biri olduğunu qeyd edib.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.