Putin İran prezidentinin vəzifəsini icra edən Məhəmməd Möxbərlə telefonla danışıb

Rusiya prezidenti Vladimir Putin İranın dövlət başçısı vəzifəsini icra edən Məhəmməd Möxbərlə telefon danışığı aparıb.

Azpost.info bildirir ki, bu barədə Kremlin mətbuat xidməti xəbər verir.

Qeyd olunur ki  Möxbər rusiyalı həmkarına ölkə prezidenti İbrahim Rəisinin faciəvi ölümündən sonra İran üçün çətin dövrdə göstərdiyi dəstəyə görə təşəkkür edib.

Söhbət zamanı Rusiya və İran prezidentləri də ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər. Tərəflər beynəlxalq arenada, o cümlədən Rusiyanın BRİKS -də sədrliyi ilə bağlı qarşılıqlı fəaliyyət məsələlərinə də toxunublar.

“Hər iki tərəf Rusiya-İran əməkdaşlığının gələcək inkişafında, o cümlədən enerji və nəqliyyat sahələrində perspektivli birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər”, – Kremlin bəyanatında deyilir.

Əvvəlki məqalə

Bayden və Zelenski təhlükəsizlik müqaviləsi imzalayıb

Sonrakı məqalə

SOCAR ilə “Baker Hughes” şirkəti arasında Əməkdaşlıq Sazişi imzalanıb