Putin Kadırovu “Aleksandr Nevski” ordeni ilə təltif etdi - "Mənim üçün ən böyük şərəfdir!"

Rusiya prezidenti Vladimir Putin Çeçenistan lideri Ramzan Kadırovu “Aleksandr Nevski” ordeni ilə təltif edib.

Azpost.info xəbər verir ki, bu barədə Kadırov özünün “Telegram” kanalında yazıb.

Kadırovun sözlərinə görə, Rusiya prezidenti onu regionun sosial-iqtisadi inkişafına və dövlət əhəmiyyətli vəzifələrin səmərəli həllində xidmətlərinə görə təltif edib.

“Rusiya prezidentindən mükafat almaq mənim üçün ən böyük şərəfdir. Regionumuzun inkişafına göstərdiyi daimi diqqətə və mənə etimada görə Vladimir Vladimiroviç Putinə təşəkkür edirəm!”, – Kadırov bildirib.

Martın 28-də Çeçenistan lideri Rusiya daxili qoşunlarının general-leytenantı oldu. Əvvəllər o, iki dəfə (polis və Milli Qvardiya) general-mayor rütbəsinə layiq görülüb. Kadırovun bir çox fəxri mükafatları və titulları var. Onlardan bəziləri təhlükəsizlik sahəsi ilə bağlıdır.

Qeyd edək ki, Putin bir neçə gün əvvəl Özbəkistan prezidenti Şavkat Mirziyoyevi də “Aleksandr Nevski” ordeni ilə təltif etmişdi.

Bu orden Rusiya İmperiyası, Sovet İttifaqı və Rusiya Federasiyasının mükafat sistemlərində mövcud olan yeganə mükafatdır. Mükafat Rusiya vətəndaşları ilə yanaşı, bu ölkə ilə ikitərəfli münasibətlərin inkişafına töhfə vermiş xarici ictimai-siyasi xadimlərə də verilə bilər.

Azpost.info

Əvvəlki məqalə

“Kino öyrətmir…Sənətin məqsədi insanı ölümə hazırlamaqdır…” –

Sonrakı məqalə

“Hökumətlə razılaşdırılmayıb”