Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsonla nüvə münaqişəsi təhdidləri, Co Baydenlə təmasların olmaması və Ukraynada nizamlanma üçün sülh təklifləri barədə danışıb.
Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
İkili fevral müsahibəsindən sonra ilk dəfə bir araya gələrək kameralardan və mühafizəçilərdən kənar danışıblar.
Putin xüsusi hərbi əməliyyatın başlanğıcından bəri amerikalı həmkarı ilə əlaqə saxlamadığından məyus olduğunu bildirib. Həmçinin, Putinin fikrincə, Ukraynada kökləri olan ABŞ administrasiyasının bir sıra üzvləri münaqişənin həlli üçün dinc səylərə mane olurlar. Eyni zamanda, Rusiya lideri nüvə münaqişəsi risklərinin artmasından narahatdır.
Bundan sonra tərəflər gizli sovet sənədləri haqqında danışıblar. Amerikalı jurnalist nasist Almaniyasının liderlərindən biri olan Rudolf Hess haqqında Rusiyanın əlində olan məlumatları soruşub. Karlsonun sözlərinə görə, o, 1941-ci ildə Britaniyaya qaçıb və dindirmə zamanı Hitlerə cinlərin girdiyini deyib. Putin bu sualı cavabsız qoyub.
Azpost.info