Putin Ukraynanın təklif etdiyi “sülh formulu”nu rədd edib

Rusiya prezidenti Vladimir Putin Kiyevin təklif etdiyi “sülh formulunu” rədd edib.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, formul danışıqlar üçün qadağanedici tələbləri əhatə edir, xüsusən də bütün rus qoşunlarının 1991-ci il sərhədlərinə çıxarılmasını nəzərdə tutur.

“Sülh formulu üzrə danışıqlar prosesinə gəlincə, bu, bizi son 1,5 il ərzində əldə etdiyimiz nailiyyətlərdən imtina etməyə təşviq etmək cəhdidir. Hamı başa düşür ki, bu, mümkün deyil”, – Putin deyib.

Putin açıq şəkildə bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski Kremlin şərtləri ilə razılaşmalı və dialoqa başlamalıdır. Çünki müharibə zonasında təşəbbüs tamamilə Rusiya silahlı qüvvələrinin əlindədir.

“Vəziyyət hazırkı kursunda inkişaf etməyə davam edərsə, o zaman Ukrayna dövlətçiliyi düzəlməz, çox ciddi zərbə ala bilər”, – Putin hədələyib.

O, Ukrayna hakimiyyətini 2022-ci ilin yazında danışıqlardan imtina etdiyinə görə “axmaq” adlandırıb. Putin həmçinin deyib ki, Ukrayna müharibəni hələ başlamamış uduzub. Çünki onun vətəndaşları NATO-ya siqnallar verməklə və nasistləri tribunaya çıxarmaqla öz əcdadlarına və maraqlarına xəyanət ediblər.

Azpost.info

 

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.