“Putin NATO-dan qorxmur, öz hərəkətlərinə haqq qazandırmaq üçün Alyansın arxasında gizlənir”.
Azpost.info bildirir ki, bu açıqlama ilə ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker çıxış edib.
“İnsanlar Rusiyaya NATO-nu genişləndirməyəcəyinə dair vəd verildiyini söyləməkdə davam edir. Belə bir vəd verdiyi iddia edilən şəxs, dövlət katibi Ceyms Beyker isə açıq şəkildə, dəfələrlə şifahi və yazılı şəkildə bunun doğru olmadığını bildirib” – deyə diplomat vurğulayıb.
O qeyd edib ki, Putin iddiasının başqa bir hissəsində NATO-nun genişlənməsinin hücuma səbəb olduğunu deyir:
“NATO ölkələri ilə sərhədlərin olmasının Rusiya üçün yeni və təhdidedici bir şey olması fikri də yanlışdır. Çünki onun Norveçdə NATO ilə, o cümlədən NATO-nun yaranmasından bəri bütün Arktika dəniz məkanı ilə sərhədi var. Qara dənizlə də, Türkiyədə, ABŞ və Kanadada Berinq dənizində də sərhədə malikdir. Yəni bu, Putinin Qərb ictimaiyyətini çaşdırmaq və hücumlarına haqq qazandırmaq üçün istifadə etdiyi uydurmadır”.