Rusiya prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanla görüşəcək.
Azpost.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumata görə, Putin Vladivostokda Paşinyanın da iştirak edəcəyi 7-ci Şərq İqtisadi Forumunda iştirak edəcək. Görüş forum çərçivəsində baş tutacaq.
Görüşdə ikitərəfli münasibətlər və regional gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Tərəflərin Qarabağı da müzakirə edəcəyi gözlənilir.
Azpost.info